Dünya üçüncü dünya müharibəsinə hazır deyil və qlobal münaqişə halında təkcə dronlara və raketlərə deyil, həm də quru əməliyyatlarının aparılması təcrübəsinə arxalanmaq lazımdır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Keylin Robertsona müsahibəsində deyib.
"Texniki baxımdan Avropa kifayət qədər hazır deyil, yalnız bəzi ölkələr. Bəli, onlar bu yoldadırlar. Almanlar çox sürətlə hərəkət edirlər, lakin bu, bu il bu kimi çağırışlara hazırlaşmaq üçün kifayət deyil. Şimal ölkələri çox texnolojidir. Mən Şimali Avropanı nəzərdə tuturam, onlar hazırdırlar", - deyə o qeyd edib.