Qurbanlıq bayramından sonra ət kəsimi yerlərində hökm sürən natəmizlik coxumuza tanış mənzərədir.
Sabahinfo.Az atv.az-a istinadən bildirir ki, qoyun kəsimində halal kəsim qaydalarına üstünlük verənlər nədənsə bu işi sona qədər tamamlaya bilmirlər. Qalaqlanmış qoyun dəriləri, içalatı və qanı xoşagəlməz mənzərə yaratmaqla yanaşı axı həm də xəstəlik mənbəyidir. Üstəlik müqəddəs qurban bayramına yaraşmayan bir mənzərə.