Bəxti gətirən amerikalı....

Amerikanın Corciya ştatının sakini Kris Vilyamson bir gecədə trilyonçu olub.

Bu barədə “Fox Business” məlumat yayıb.

Məlumatat görə, o, “Rocket Bunny” kriptovalyutasına 20 dollar yatırım edib. Səhər yuxudan ayılıb hesabını yoxlayanda isə orada 1 trilyon dolların olduğunu görüb.

Vilyamson pulu nağdlaşdırmağa və ya başqa hesaba köçürməyə çalışsa da, onun cəhdləri uğursuz alınıb. O, kömək üçün “Coinbase” birjasına və “Rocket Bunny”nin yaradıcısına müraciət edib.

Hazırda Vilyamsonun hesabı dondurulub.

Məsələ müvafiq qurumlar tərəfindən araşdırılır.