Beynəlxalq cinayətlərin cəzalandırılması qaçılmazdır

Uzun illərdən bəri qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürən, işğalçılığı dövlət siyasətinin əsas prioritetinə çevirən, Azərbaycan xalqına qarşı sil-silə soyqırım, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlər, etnik təmizləmələr törədən Ermənistan nümayişkəranə şəkildə beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququ normalarını kobud formada pozmuşdur. Bunun bariz nümunəsi - erməni tərəfinin əsir və girov götürülmüş şəxslərlə davranışıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, əvvəlki dövrlərdə Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşlarımızın zorakılığla yoxa çıxarılanlarından 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır və Azərbaycan tərəfinin bütün səylərinə baxmayaraq, onların taleyi bəlli deyil. Ermənistanın belə davranışının yalnız bir adı var – beynəlxalq cinayət.   

21 Dekabr 2010-cu ildə BMT-nin Baş Assambleyası insanların zorakılığla yoxa çıxarılması hallarının artması ilə bağlı ciddi narahatlığını ifadə edərək, xüsusi qətnamə qəbul etmişdir və həmin sənədə uyğun olaraq 30 avqustu “Zorakılığla yoxa çıxarmaların qurbanlarının beynəlxalq günü” elan olunmasına qərar vermişdir. Bundan əlavə, Baş Assambleya BMT-nin üzvlərinə, BMT sisteminə daxil olan qurumlara, beynəlxalq və regional təşkilatlara, vətəndaş cəmiyyətinə 30 avqustun qeyd ediməsi ilə bağlı çağırış ünvanlamışdır. Həmin vaxtdan başlayaraq, beynəlxalq birlik hər il zorakılığla yoxa çıxarmaların qurbanlarını və itkin düşənləri bir daha yada salaraq, bu əhəmiyyətli məsələyə diqqəti cəlb edir. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı 20 dekabr 2006-cı tarixində “Zorakılığla yoxa çıxarmalardan bütün şəxslərin müdafiəsi haqqında” Beynəlxalq konvensiya qəbul edərək (23 dekabr 2010-cu ildə qüvvəyə minmişdir), beynəlxalq hüquqla nəzərdə tutulmuş hallarda bu əməli insanlıq əlehinə cinayət elan etmişdir. Konvenisyanın 5-ci maddəsinə görə, zorakılığla yoxa çıxarmanın geniş yayılmış və ya sistematik istifadəsi, tətbiq olunan beynəlxalq hüquqda müəyyən edildiyi kimi, insanlıq əlehinə cinayətdir və beynəlxalq hüquqda nəzərdə tutulan nəticələrə səbəb olur.

Həmçinin vurğulamaq lazımdır ki, 1998-ci il iyun-iyul aylarında keçirilmiş Roma Diplomatik konfransında yaradılan Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsinin 7-ci maddəsinin 1-ci hissəsinin “i” bəndinə əsasən, qeyd edilən əməllər məhz insanlıq əlehinə cinayət kimi nəzərdə tutulub və fiziki şəxslərin bu məhkəmə orqanı qarşısında cinayət məsuliyyətini ehtiva edir.

Ermənistan yuxarıda adı çəkilən 2006-cı il tarixli Beynəlxalq konvensiyaya 24 yanvar 2011-ci ildə qoşulsa da, onun müddəalarını kobud şəkildə pozmuşdur. Həmin sənədin 1-ci maddəsinə görə, heç kəs zorakılığla yoxa çıxarıla bilməz. Heç bir müstəsna hal, müharibə vəziyyəti və ya müharibə təhdidi, daxili siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə vəziyyət, zorla yoxa çıxarılmaya haqq qazandıra bilməz. Ancaq Konvensiyanın qəti imperativ tələblərinə baxmayaraq, Ermənistan bu mühüm sənədin müddəalarını ənənəvi olaraq pozmuşdur.

Ermənistanın beynəlxalq hüquqa sayqısızlığının növbəti nümunəsi  - hərbi əsirlər və girov götürülmüş şəxslərlə qəddar və qeyri-insanı davranışıdır.

Beynəlxalq humanitar hüququn təməlini təşkil edən və 7 iyun 1993-cü ildə Ermənistanın qoşulduğu “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il tarixli III-cü və IV-cü Cenevrə konvensiyaları qeyd edilən şəxslərlə dəqiq hüquqi davranış qaydalarını müəyyən etmələrinə baxmarayaq, istər hərbi əsirlər, istərsə də Azərbaycanın mülki əhalisi amansızlığla qətlə yetirilmiş ya da ağılasığmaz işgəncələrə məruz qalmışdır. Bu cür ağır beynəlxalq cinayətlərin izlərinin itirilməsi üçün həttə onların qurbanlarının cəsədlıri Azərbaycan tərəfinə təqdim edilməmişdir. Halbuki Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra 1600-ə yaxın erməni asgərinin cəsədini qarşı tərəfə verərək, bir daha beynəlxalq humanitar hüquqa sadiqliyini təsdiq etmişdir.             

Baxmayaraq ki, III-cü Cenevrə konvensiyasının 13-cü maddəsi hərbi əsirlərin ölümünə səbəb olan və ya sağlamlığı üçün ciddi təhlükə yaradan hərəkətləri və ya hərəkətsizliyi birmənalı olaraq qadağan edir, erməni tərəfi əsir və girovlara qeyri-insani münasibət bəsləyərək, onlardan geniş miqyasda əvvəllər işğal altında olmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin, inzibati binaların sökülməsində, həddən artıq zərərli sahələrdə istifadə etmişdir, işgəncələrə məruz qoymuşlar. Beynəlxalq humanitar hüququn qəti qadağasına baxmayaraq, ermənilər əsir və girovları qanunsuz tibbi eksperiment obyektinə çevirərək, şualanmaya məruz qoymuş, mənşəyi məlum olmayan maddələri bədənlərinə yeritmişlər. Bu cür hərəkətlər beynəlxalq humanitar hüququn ciddi pozuntusu olaraq, müharibə cinayətləri kimi qiymətləndirilir və həm dövlətdaxili müstəvidə, həm də beynəlxalq səviyyədə fərdi cinayət məsuliyyətinə səbəb olur.        

“Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV-cü Cenevrə konvensiyasının müddəalarının pozulmasını da Ermənistan adi hala çevirmişdir. Baxmayaraq ki, Cenevrə Konvensiyaları ücün ümumi olan 3-cü maddə və ayrıca olaraq IV-cü Cenevrə konvensiyasının 34-cü maddəsi girov götürülməsini qadağan edir, və öz növbəsində Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsinin 8-ci maddəsi bu əməli müharibə cinayəti kimi tövsüf edir, erməni silahlı qüvvələri kütləvi şəkildə Azərbaycanın dinc mülki əhalisini girov götürərək, onları qətlə yetirərək, işgəncələr verərək, vandallığı və orta əsrlərin barbarlığını bütün dünyaya nümayiş etdirmişlər. Hətta dövlətlərin təcrübəsində girov götürülməsi qadağasının  silahlı münaqişələr dövründə tətbiq olunan beynəlxalq adət hüququ norması kimi müəyyən edilməsi belə, düşməni qəddarlığdan cəkindirə bilməmişdir.

Baxmayaraq ki, beynəlxalq humanitar hüquqda silahlı münaqışələr dövründə qadınlar və uşaqlar xüsusi müdafiədən istifadə edən şəxslər sırasına daxil olunur, erməni silahlı qüvvələri onlara münasibətdə beynəlxalq hüququn imperativ normalarını pozaraq, bəşəriyyət tarixində nadir hallarda rast gəlinən cinayətlər törətmişlərlər. Bu cinayətlər sırasında Xocalı soyqırımı xüsusi olaraq qeyd edilməlidir. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq, yerlə yeksan edilmiş, dinc əhali pusquya salınaraq, onlara divan tutulmuşdur. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl yaşda olan insan vəhşicəsinə qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanmışdır. Xocalı soyqırımı zamanı əsir və girov götürülənlərin 196 nəfərinin, o cümlədən, 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.       

Erməni tərəfinin hərbi əsirlər və girovlarala davranışı Cenevrə konvensiyalarına 8 iyun 1977-ci il tarixli I saylı Əlavə Protokolun 43-cü maddəsində nəzərdə tutulmuş bütün kateqoriya müharıbə cinayətlərini özündə cəmləşdirmişdir. Təəsüf ki, hətta beynəlxalq cinayətlərə qörə məsuliyyətin həyata keçirilməsində belə, qlobal səviyyədə ikili standartlar hökm sürür və bunun nəticəsində Azərbaycan ərazisində soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətmiş canilərin bəziləri hələ ki məsuliyyətdən boyun qaçırmağa müvəffəq olurlar. Ancaq müharibə adətləri və qanunlarını pozan cinayətkar erməni millətçiləri unutmasın ki, bir gün onlar adələt mühakiməsi qarşısında cavab verəcəklər. Son dövrlərdə Ermənistan-Azərbaycan münaqişəsinin gedişində beynəlxalq humanitar hüquq normalarını və prinsiplərini pozan ermənilərin layiq olduqları cəzalara məhkum edilmələri bunu əyani sürətdə təsdiq edir.  

Eyni zamanda xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq nornaları və milli qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirləri həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yaradılan Dövlət Komissiyası qeyd edilən şəxslərin Vətənə qaytarılması, əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi, beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistanın qeyri-insani hərəkətlərinə dünya birliyinin, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətinin cəlb edilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 