Daxili işlər orqanlarında yeni təyinat olub.
Sabahinfo.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bundan əvvəlGəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsini İlqar Balakişiyev icra edirdi. O, Gəncə hadisələri zamanı şəhid olub.
Xatırladaq ki, ötən ay Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.