Gəncədə faciə: - Divar uçdu, bir qız ölüb, biri xəsarət alıb

Gəncədə bədbəxt hadisə baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.

 

Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Onların kimliyi dəqiqləşdirilir.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.