"Əhalinin banklara olan borcu və bankların düşdüyü ziyanı kasıb
insanların cibindən çıxarmaq cəhdi ölkəni fəlakətə sürükləyir”.
Bu sözləri Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Sədr bildirib ki, vətəndaş
dövlətinə, ölkəsinı inanıb və kredit götürüb, lakin indi həyatı cəhənnəmə dönüb:
"Deyək ki, vətəndaş 500 - 10,000 ABŞ dollar arası vəsait alıb, onun
manatla olan dəyərini tam ödəyib, bank isə 1000 ABŞ dolları götürən və dəyərini
inflyasiyadan öncəki kursla ödəyib qurtaran vətəndaşa deyir ki, sən hələ banka
1500 manat da ödəməlisən. Bunu bank dilində,
mikroiqtisadi, makroiqtisadi və nə bilim hansı dillərdə izah etmək olar, amma
bunu insanlıq dilində izah etmək mümkün deyil. Vətəndaş dövlətinə, ölkəsinı
inanıb və kredit götürüb, indi onun həyatı cəhənnəmə dönüb”.
Sədr vətəndaşın kredit borcu
altında əzilməsinin səbəb cəzasızlığın olduğunu deyib:
"Niyə vətəndaşın həyatı cəhənnəmə dönüb? Çünki, 8 milyard dolları ölkədən çıxaranlar, buna şərait
yaradanlar, buna göz yumanlar, yalan danışanlar və hər kəsin başının altına
yastıq qoyanlar, ölkə rəhbərliyinə yalandan manatın ölməzliyindən, analoqu
olmamasından danışanlar, bizim cibimizdən oğurlanan pullarla özlərinə onlarla
lüks maşın alanlar, dəyəri 10-20 milyon dollar olan villa tikənlər, ən bahalı şəhərlərdə
özlərinə mülk alanlar, bizim pulumuzu 300, 500 milyon dollarla kredit adı ilə
götürüb dədə malı kimi xərcləyənlər azadlıqdadır. Onlar azadlıqda qalınca,
günahkarlar cəzalanmayınca və onların oğurladıqları geri qaytarılmayınca, bu
ölkədə heç kimə rahat yaşayış olmayacaq”.
"Bu gün on milərlə kasıb vətəndaş qorxusundan gecələr də yata bilmir”
deyən Razi Nurullayev bildirib
ki, banklar onsuz da güzaranı dözülməz olan xalqa yaşamağa imkan vermir:
"Etdikləri güzəşt isə kredit vaxtının uzadılmasıdır. Bu isə ödəniləcək vəsaitin aydan aya daha da artması
deməkdir. Qazanc isə "0". Bu həll yoludurmu? İnsanları daha dərin
quyuya itələyib salmaq çıxış yoludurmu?
Milyardları ölkədən
oğurlayanların əmlakları müsadirə olunmalı, özləri həbsə atılmalı və
oğurladıqları geri qaytarılaraq camaatın kreditinin ödənilməsinə şərait
yaradılmalıdır. Banklar isə çox canfəşanlıq etməsinlər. Çünki, məhz həm də
onların oğru, qanundankənar və acgöz xislərləri nəticəsində ökə bu günə düşüb.
Onlar iqtidarın bacarıqsızlığından, özünün başının siyasi oyunlara, hakimiyyəti
saxlamaq cəhdlərinə qarışmasından istifadə edib, bu ölkəni talayıblar. Heç kim cəzasız
qalmayacaq. Hər kəs layiq olduğu cəzanı almalıdır və alacaqdır”.