“Heykəltaraşlıq-bu gün və sabah!” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Heykəltaraşlıq-bu gün və sabah!” layihəsinə yekun vurulub. Layihə rəhbəri Nigar Əliyevanın verdiyi məlumata görə, 3 ay ərzində həyata keçirilən layihə çərçivəsində İsmayıllı, Quba, Sirvan, Samux, Lənkəranda olan gənc heykəltaraşlarla fərdi söhbətlər aparılıb. Layihə çərçivəsində gənc heykəltaraşların müsabiqəsi təşkil olunub. Vüqar Əliyev adlı gənc heykəltəraş müsabiqənin qalibi olub.