Biləsuvarda bir yaşlı övladını kanala ataraq öldürən qadından XƏBƏR VAR

Biləsuvarda 1 yaşlı övladını su kanalına ataraq öldürməkdə təqsirləndirilən Gülər İmanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə bu il rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

G.İmanzadə tutularaq istintaqa təhvil verilib.