İlhamə Quliyeva Eltonun cavabını verdi: "Çaşma, mənim qanunlarım var..."

Müğənni Elton Hüseynəliyevin söylədiyi "İlhamə xanımın qanunlarını oxumamışam, bilmirəm o qanunlar harda yazılır” sözləri cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, "Ondan sonra” verilişində telefon bağlantısı yaradan xalq artisti İlhamə Quliyeva E.Hüseynəliyevin ünvanına bu sözləri deyib: ""Elton bayaq çaşdı. Elton, yadına sal "Azəri star"da iştirakını. Mən səni dəstəkləyirdim. Bu gün yanında Tolik kimi işini bilən prodüserin var. Deyirsən, mənim qanunlarımı hesaba almırsan. Sən və başqası mənim qanunlarımı hesaba almalıdır. Çünki onların hamısı xeyirxahlıqdandır. Mən dövlət deyiləm ciddi qanun qoyum. Mənim sənət adamları arasında qanun irəli sürməyə haqqım çatır. Xahiş edirəm, bir də belə səhvlərə yol verməyəsən”