İmişlidə yanğın bir ailəni evsiz qoyub

İmişlidə yanğın hadisəsi qeydə alınıb. sabahinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti, mətbəxdə stol və 4 ədəd stul yanıb.

 

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.