Binəqədidə kütləvi dava: Xəsarət alan var

Bakıda kütləvi dava baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Səkkizinci mikrorayon ərazisində yerləşən restoranların birində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Şıxməmmədov Əvəz Hafiz oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.