“Bir də vuruluram Azərbaycana!..”

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanda quruculuq işlərinin böyük məsuliyyətlə, qısa müddətdə başa çatdırılacağının zəmanətidir. Ölkə başçısı bu səfərlərdə başlıca məqsədlə bir sırada istər ölkə əhalisini, istərsə də xarici dövlətləri Azərbaycanımızla, Azərbaycan dövlətçiliyi ilə bağlı olduqca gərəkli quruculuq işləri ilə heyrətləndirir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yanvarın 14-də Şuşa şəhərinə səfərində XIX əsr Azərbaycan şairi və ictimi xadimi Molla Pənah Vaqiifin məqbərəsində təmir-bərpa işləri aparılmasını, yenidən qurulmasını tapşırmışdı. Bu, həm zaman anlamında dünənki tariximizə, həm də klassik ədəbiyyatımıza böyük sayğının, sevginin təzahürü idi. Tapşırıq böyük məsuliyyətlə yerinə yetirildi. Avqustun 29-da ölkə başçısı və birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşada “cahan mülkündə mütləq doğru halət görməyən” Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak etdi.

Səfər zamanı ölkə başçısının Vaqif Poeziya Günlərinin açılışında, Üzeyir Hacıbəylinin heykəlinin açılışında, Vaqifin büstünün, Bülbülün ev-muzeyinin açılışında iştirak etməsi Azərbaycan ədəbiyyatının və incəsənətinin dövlət səviyyəsində qayğılarla əhatələndiyinin təsdiqidir. Ölkə başçısının ədəbiyyatımıza, incəsənətimizə bu səviyyədə sevgisi azərbaycançılığa sevgidir.

Ölkə başçısının səfər zamanı “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirakı da, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işləri ilə tanışlıq da, “Qarabağ” hotelinin açılışında iştirak da Şuşanı mədəniyyət mərkəzi kimi hansı səviyyədə inkişaf etdiriləcəyinin göstəricisidir.

Azərbaycanda müharibənin yaraları böyük sevgilərlə aradan qaldırılacaqdır.

Molla Pənah Vaqifin büstdən dünyaya boylanan baxışları sanki dil açıb deyəcək:

Ruhumla görürəm bu gün tarixi

Bir də vuruluram Azərbaycana!

 

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı