Bir gündə 833 nəfər peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 833 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 183, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 448, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir.