"Bir milyon borcu var, 5 milyonluq əmlakı üzərinə həbs qoyulur" - Fazil Mustafa

"Bu məhkəmənin işini asanlaşdıracaq dəyişiklikdir. Müsbət qiymətləndirmək olar. Amma bu həm də özü ilə müəyyən problemlər yaradacaq dəyişikliklərdir. Əmlak hələ tam mənada mülkiyyət mənasına gəlmir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Mülki Prosessual Məcəlləyə dəyişikliyin müzakirəsi zamanı deyib. O bildirib ki, borclunun əmlakı üzərinə həbs qoyulması məsələsində borca adekvat əmlak sözünü bura yazmalıyıq:

"Məsələn, adamın 1 milyon borcu var, onun 5 milyonluq əmlakı üzərində həbs qoyulur. Bu adekvat olmur. Sabah bunun haqsız, ədalətsiz qərar ola biləcəyi üzə çıxa bilər. Bu, gələcəkdə hansısa borclunun hüquqlarının pozulması üçün zəmin yarada bilər".