İranın vitse-prezidenti Bakıya gələcək

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayi arasında görüş keçirilib. Nazirlikdənverilən məlumata görə, İran İslam Respublikası ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.

Səfir İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifərin aprelin 2-4-də Bakıda keçiriləcək "AİTF" Beynəlxaq Turizm və Səyahətlər Sərgisində iştirakı ilə bağlı ölkəmizə planlaşdırılan səfəri barədə nazir müavininə məlumat verib. Öz növbəsində nazir müavini ali qonağın Azərbaycana səfərinin yüksək səviyyədə təşkil ediləcəyini bildirib.

Həmçinin Qafqaz regionunun ən böyük turizm sərgisi olan və artıq 14-cü dəfə təşkil edilən AİTF Sərgisi barədə səfirə geniş məlumat verilib, sərginin Azərbaycanda keçirilən 20-dən çox sərgi arasında reytinqə 4-cü yerdə olduğu, sərgidə 36-dan artıq ölkənin iştirakının nəzərdə tutulduğu bildirilib.