“Birliyimizin rəmzi - Zəfər tarixi” adlı tədbirlərin təşkili layihəsinin icrasına start verilib

“Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Birliyimizin rəmzi - Zəfər tarixi” adlı tədbirlərin təşkili layihəsinin icrasına start verib.

Layihənin icrasında məqsəd regionda yeniyetmələrin Şanlı Qələbəmiz, Zəfər tariximiz haqda dolğun şəkildə məlumatlanması, onların Vətən müharibəsi qəhrəmanlarını, şəhid və qazilərimizi tanımasıdır.

Layihənin vəzifəsi yeniyetmələrin Şanlı Qələbəmiz və bu Qələbəyə gedən yolda Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi haqda əldə etdikləri məlmatların onların düşüncə, milli şüur və hisslərinə ideoloji təsir göstərməsi, onları milli birliyə aparmasıdır. Gələcəyimiz olan yeniyetmələrin cəmiyyətin, ordunun həyatında baş verən mühüm hadisələr barədə məlumatlanaraq öz ətraflarında sıx birləşməyin vacibliyini və xoşbəxt gələcəyə doğru birlikdə inamla addımlamağı öyrənməsidir.

Qeyd edək ki, layihə 3 ay ərzində Quba rayonunda icra olunacaq.