İtkin düşən sonuncu balıqçının da meyiti tapıldı

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan sonuncusunun da meyiti tapılıb. Balıqçı LaçınLaçınovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb. Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Onların axtarışınaFövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri, helikopteri cəlb olunmuşdu. Bir gün sonra balıqçılardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanıb. Noyabr ayının 12-də isə balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib. apa