“Kitabi-Dədə Qorqud -200” adlı rəsm sərgisi açılacaq

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində "Kitabi-Dədə Qorqud -200” adlı rəsm sərgisi açılacaq.


Sabahinfo.az xəbər verir ki, noyabrın 25-də baş tutacaq sərgi Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə reallaşacaq. Sərgi "Kitabi-Dədə Qorqud” eposunun dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyi münasibətilə keçiriləcək. Sərgidə müxtəlif bölgələrdən olan 100-dən çox məktəblinin "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında əl işlərindən ibarət 108 sənət əsəri nümayiş olunacaq.