Kürdəmir rayonunda bu mövsümdə 46 nəfər kümçü tərəfindən 80 qutu ipəkqurdu yetişdirilib. Qabaqcadan bağlanan
müqaviləyə əsasən, kümçülər əldə etdikləri 3 ton 578 kiloqram
keyfiyyətli məhsulu "Şəki İpək” ASC tərəfindən tədarük edilərək hər kiloqramı üçün baramaçılara 8 manat pul ödənilib.
Rayonun
təcrübəli kümçüləri, o cümlədən Qaramahmudlu kəndindən
Əlisa
Azayev, Şüşündən Canəli Kərimov, Carlıdan Əziz Həsənov, Şahsevəndən Cabbar Cəbrayılov daha çox və keyfiyyətli məhsul yetişdirməyə nail
olublar. Gələn il kümçülər bu mövsümdəkindən bir neçə dəfə çox ipəkqurdu
yetişdirmək əzmindədirlər.
Kürdəmir rayonunda ənənəvi
sahə olan baramaçılığın inkişafı istiqamətində görüləcək təxirəsalınmaz tədbirlər
nəticəsində payız
aylarında 15 000-dən çox tut ağacı əkiləcək ki, bununlada gələn il rayonda
barama istehsalını 7 tona qədər artırmaq mümkün olacaqdır.

