Bu gündən Kürdəmir rayonunda barama tədarükünə başlanılıb.Məhsulu Kümçülərdən Şəki İpək ASC-nin nümayəndələri qəbul edib.
Dövlət
başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uygun olaraq bu il ölkəmizdə
baramaçılıgın inkişafına xüsusi önəm verilib.
Kənd
sakinləri əlavə xərc və əziyyət çəkimədən bir aydan bir qədər çox barama
qurdlarını tut yarpagı ilə qidalandırırlar. Görülən işlərin nəticəsində və
tədarük olunan məhsulun müqabilində
yüksək gəlir əldə olunur. Artıq Kürdəmir rayonunda Kümçülər işlərini başa
vurmaq üzrədilər.
Bu il rayonda
kümçülərə 80 qutu barama qurdu verilib. Barama qurdu 20 kənd olmaqla 46 ailəyə paylanılb. Rayonun Sovla ,Qarasaqqal, Carlı, Dəyirmanlı
və digər kəndlərində daha çox barama yetişdirlib. Artıq kənd sakinləri ərsəyə gətirdikləri məhsulun bar bərəkətini görməyə başalyıblar. Şəki İpək ASC tərəfindən məhsulun tədarükünə
başlanılıb. Baramanın hər kq-ı üçün 8 manat ödənilir. Məhsulun vəsaiti yerindəcə
kümçülərə çatdırlır. Hər ailə orta hesabla 800-1000 manat gəlir götürüblər. Vətəndaşlar
40 gün ərzində yetişdirdikləi məhsulun müqabilndə yüksək gəlir götürdüklərinə
görə dövlət başısına minnətdarlıq ediblər. Gümçü Bilal Hüseynov bu il 100 kq-dan
çox məhsul istehsal etdiyini və haqqını yerindəcə aldığını, gələcəkdə daha çox
barama saxlayacagını söylədi.
Bütövlükdə
bu il rayonda 4 ton barama tədarükü nəzərdə tutulub. Növbəti ildə isə daha çox
məhsul istehsalı gözlənilir.sabahinfo.az
