Sentyabrın
15-də Kürdəmir rayonunun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin
başlanması münasibətilə təntənəli mərasimlər keçirilib.
Kürdəmir
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hüquq-mühafizə orqanlarının
rəhbərləri ilə birlikdə ötən il ölkə rəhbəri cənab İlham Əliyevin açılışını
etdiyi Möhübbət Əzimov adına Atakişili
kənd tam orta məktəbində "Bilik bayramı”nda iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytən Cəbrayılova müəllim və şagirdləri "Bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından danışıb.
sabahinfo.az-a verilən məlumata görə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov "Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər , internat evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.
Sonra çalınan
zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş
şagirdlər siniflərə daxil oldular.