İyunun 8-də Kürdəmir rayon Gənclər və İdman İdarəsi rayonda narkomaniyaya qarşı mübarizədə təbliğat işinin artırılması məqsədilə rayonun ümumtəhsil məktəblərində "Azərbaycan gəncləri narkomaniya əleyhinə” devizi altında gənclər arasında maarifləndiriçi aksiya keçirib.
sabahinfo.az-a verilən məlumata görə Aksiyada iştirak edən Kürdəmir
rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov bildirib ki,
Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq
edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən
bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addımdır. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına
qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi
informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə
sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi
hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi
qarşıya qoyulub. Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Beynəlxalq Vyana
Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə
mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq Ulu öndər Heydər Əliyev
tərəfindən qoyulub. Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna
qarşımübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik şəxsiyyətin 1996-cı il
avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə tədbirləri haqqında" imzaladığı fərmandan sonra bu
problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni
mərhələyə qədəm qoymuşdur. 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı
illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə
qarşı mübarizə üzrə daha bir Milli
Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli,
həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil
edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu
üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə
inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə
verdiyi tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi
istiqamətində atılmış uğurlu addımlar idi.Ölkə rəhbərinin
narkomaniyaya qarşı mübarizəyə dair yeni sərəncamından sonra insanları,
xüsusilə, gəncləri sağalmaz xəstəliklərə düçar edib, onların ömür çırağını
vaxtsız söndürən narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədilə
Kürdəmir rayonunda da maarifləndirici aksiyalar həyata keçirilir, təhsil
müəssisələrində vaxtaşırı "ağ ölüm" ünvanlı bu dəhşətli bəlanın
törətdiyi fəsadlar haqqında söhbətlər aparılır, bu barədə xüsusi bukletlər
hazırlayıb əhali arasında yayılır, "Narkomaniyaya yox deyək" başlığı
altında inşa yazı müsabiqələri keçirilir.
Aksiya çərçivəsində
məktədlilərə idarə tərəfindən hazırlanmış "Azərbaycan Gəncliyi narkomaniya
əleyhinə” maarifləndirici bukletlər paylanılıb.

