Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Kürdəmir rayonunda da kənd
təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Rayonda hətta uzun illər
diqqətdən kənarda qalmış pambıqçılığa böyük maraq göstərilir. Yaradılmış
şəraitdən istifadə edən fermerlər bu il rayonun 30 kəndində 1911 hektar sahədə
pambıq əkinləri aparıblar. Pambıqçılıqda heçdə asan olmayan ilkin mərhələ şumun
qaldırılması, torpaqın arata qoyulması, malalama və çiyid səpininin aqrotexniki
tələblər səviyyəsində aparılması nəticəsində sahələrdə normal çıxış alınıb.Pambıqçılar
becərmənin aparılmasında texniki təhcizat vasitələri ilə lazımınca təmin ediliblər.
Ən mühüm aqrotexniki tədbirlərdən seyrəltmə, kətmənləmə işləri görülmüş, sahələrdə
kultivasiya və gübrələmə, 2-ci və 3-cü kompleks becərmə işləri aparılır. Hazırda
pambıq kolları kütləvi qönçələmə və çiçəkləmə mərhələsindədir.
Rayonda pambıq sahələrinin
su təminatı tədbirləri görülmüş, bu işdə heç bir problem olmamışdır. Pambıq
sahələrində becərmə işləri ilə 500 nəfərdən çox işçi məşğul olur.
Növbəti il üçün rayonda 4
min hekatardək sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, bu istiqamətdə hazırlıq
işləri aparılır.