Leyla Əliyeva “Bakı Marafonu 2017”-də qeydiyyatdan keçib

"Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevada aprelin 30-da təşkil olunacaq "Bakı Marafonu 2017”-də iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər arasındadır”.

Sabahinfo.az xəbər verir ki, bu barədəReport-un sualını cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoruGülşən Əliyevadeyib.

"Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, - deyəG.Əliyeva əlavə edib.

Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı.