“London taksi"ləri I Avropa Oyunlarının brendinə uyğun yeni dizaynda

İyunun 12-dən 28-dək keçiriləcək Bakı 2015 I Avropa Oyunlarının biletlərinin satışını təbliğ etmək məqsədilə Bakının məşhur çəhrayı taksiləri yenidən dizayn olunub.

Bakı 2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə, 250-dən çox "London taksi”lərini qarşıdakı həftələrdə paytaxtda yeni dizaynda görə biləcəyik. Azərbaycan tarixinin ən böyük idman tədbirinə ev sahibliyi etmək üçün hazırlıqların davam etdiyi bir vaxtda bu taksilər I Avropa Oyunlarına diqqəti bir qədər də artıracaq.

Yeni dizayn olunmuş taksilər haqqında danışan, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib: "London üslublu bu taksilər Bakının rəmzlərindən birinə çevrilib və onların iyunun 12-də start götürəcək Avropa Oyunlarının təbliğatında iştirakına yalnız məmnun ola bilərik".

Bilet satışının indiyədək olan vəziyyətindən də məmnunuq. Oyunları izləmək və Azərbaycan komandasını dəstəkləmək üçün xeyli sayda insanın tribunalarda görmək bizi xüsusilə sevindirir”.

Açılış və bağlanış mərasimləri də daxil olmaqla bütün yarışlar üçün biletləri www.baku2015.com saytından onlayn qaydada və ya Bakının müxtəlif yerlərindəki bilet satış məntəqələrindən almaq olar. Bilet satışı haqqında ətraflı məlumatı Bakı 2015-in rəsmi internet səhifəsindən, yaxud 2015 telefon nömrəsinə zəng etməklə tamaşaçı məlumat mərkəzindən əldə etmək mümkündür. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar, əlində arenalara giriş üçün etibarlı bileti olan böyüklərin müşayiəti ilə, əksər yarışları izləmək üçün pulsuz giriş hüququna malik olacaqlar.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Birinci Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio de Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bakı 2015 Avropa Oyunlarının biletlərini birbaşa satış məntəqələrindən yaxud www.baku2015.com/tickets saytından onlayn qaydada almaq mümkündür. Onlayn qaydada alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilmiş ünvanlarda yerləşən, istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: "Park Bulvar”, "28 Mall”, "Metro Park” ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan” kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, həmçinin Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald’s” restoranlar şəbəkəsi.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Birinci Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio de Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bakı 2015 Avropa Oyunlarının biletlərini birbaşa satış məntəqələrindən yaxud www.baku2015.com/tickets saytından onlayn qaydada almaq mümkündür. Onlayn qaydad alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilmiş ünvanlarda yerləşən, istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: "Park Bulvar”, "28 Mall”, "Metro Park” ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan” kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, həmçinin Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald’s” restoranlar şəbəkəsi.