Masallıda avtomobil yandı, - sürücü xəsarət aldı

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

sabahinfo.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, yanğın zamanı avtomobilin sürücüsü əl nahiyyəsindən yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.