Meksikada polisləri "biçdi" lər

Meksikanın Xalisko ştatında polis konvoyu hücuma məruz qalıb. Bir qrup narkotik dəstə üzvləri hücum planını irca etmək üçün yolda pusqu qurublar. 

Polis avtomobilləri pusqunun olduğu əraziyə çatanda silahlıların atəşinə məruz qalıb. 

Hücum nəticəsində azı 15 polis əməkdaşı öldürülüb, 5 nəfər isə yaralanıb. Silahlılar daha sonra polis avtomobilini yandırıblar.

Bu, Meksikada 2010-ci ildən sonra polisə qarşı edilən ən böyük hücumdur.

2010-ci ildə Miçoakan ştatında törədilmiş oxşar hadisə nəticəsində 12 polis əməkdaşı öldürülmüşdü.