Nabrandakı çimərliklərdən birində ölüm hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 8-də Quba rayon sakini Anar Qurbanov Xaçmaz rayonunun Nabran kəndinin dəniz çimərliyində çimərkən boğulub.
Meyit sudan çıxarılıb.
Araşdırma aparılır.