Necati 2 milyona, Cem 3 milyona ev aldı

"Kurtlar Vadisi Pusu”nun Polad Ələmdarı Necati Şaşmaz serialdan qazandığı pulu daşınmaz əmlaka yatırır. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həftəyə 80 min lirə (təxminən 31 min manat) qonorar əldə edən aktyor 2 milyon 600 min dollar dəyərində yeni mənzil alıb. Dəniz mənzərəsi olan evin sahəsi 320 kvadrat metrdir. Necati hələ tikilməkdə olan mənzilin dekorasiyasını özü hazırlayacaq. Avtomobillərə olan marağı ilə tanınan yumor ustası Cem Yılmaz da həmkarı kimi qazandığı pulu daşınmaz əmlaka yatırmağa başlayıb. Belə ki, aktyor Zincirlikuyuda 3 milyon dollara yeni ev alıb.