PKK-nın növbəti terroru - 5 əsgər şəhid oldu

Türkiyənin Hakkari vilayətində PKK terrorçuları yolda yoxlama aparan təhlükəsizlik qüvvələrinə hücum edib. Hadisə nəticəsində 5 əsgər şəhid olub, 8 nəfər yaralanıb.

sabahinfo.az Anadolu agentliyinə istinadla xəbər verir ki, terrorçular əsgərlərə iriçaplı silahlardan atəş açıblar.
Yaralı əsgərlər xəstəxanalara aparılıb. Əraziyə çoxlu sayda zirehli texnika göndərilib. 
Bölgədə əməliyyat davam edir.