Fransanın cənubunda, Nim və Monpelye şəhərləri arasında hərəkət edən dəmir yol qatarı qəzaya uğrayıb.
Bu barədə France Bleu radiostansiyası məlumat yayıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, qəzaya tufan nəticəsində yola aşmış ağacın səbəb olduğu bildirilir.
Son məlumata görə, qəza nəticəsində 60 nəfər xəsarət alıb.