Qərbin haqqında danışılmayan vəhşilikləri

Avropa Parlamenti 24 apreli Avropa İttifaqına üzv ölkələrdə "erməni soyqırımı” günü kimi qeyd edilməsilə  bağlı sənədi qəbul edib. AP rəsmiləri çıxışlarında Türkiyəni qondarma "soyqırım”ı tanımağa çağırıblar. Çıxışlardan sonra sənəd müzakirəyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. AP-dan əvvəl isə eyni səhvi Roma papası Fransis və ABŞ Dövlət Departamentinin rəsmisi Mariya Harf təkrarlamışdı. Əslində tarixinin böyük hissəsini müstəmləkə, soyqırımlar, qanlı planlar, terrorizm və müharibələr təşkil edən Qərbin ermənilər üçün başlatdığı "ədalət mübarizəsi” gülüş doğurur. Məntiqli deyil. Məsələn, bu gün Qərb Yaxın Şərqdə özünümüdafiə imkanları olmayan müsəlmanları qırır. "Demokratiyanın ixracı” adı altına həyata keçirdiyi qanlı planlarla Qərbin bir məqsədi var, dünyanı ələ keçirmək. Planlarının hamısı özündən olmayan irqləri və xalqları məhv etməklə reallaşdırılır. Dünya birliyi isə qərb adamının içində gizlənmiş Şeytanı görmək istəmir. BMT kimi insan haqlarının müdafiəsi üçün nəzərdə tutulmuş təşkilatlar susurlar. Daha çox Qərb imperializmiylə hesablaşan "bmtkimilər” az qala Amerika və Qərbi Avropanın müsəlman ölkələrindəki soyqırımlarına onların "özünümüdafiə haqqı” kimi qələmə verir. İŞİD-i, "əl-Qaidə”ni terrorçuluqda ittiham edən Qərbin də, onlardan geri qalan fərqi yoxdur: eyni düşüncə, eyni təfəkkür.

Amerikalı əsgərlər insan meyitlərini itlərə yedizdirdilər

1492-ci ildə Xristofor Kolumbu Amerikaya göndərən avropalıların məqsədi elmə xidmət yox, müstəmləkə torpaqlarını genişləndirmək idi. Kolumb Amerikaya gedəndə materikdə 100 milyondan çox aborigen (hindu) yaşayırdı. Kəşfdən 22 il sonra isə az qala hinduların 50 milyonu məhv edildi. Faktlar hələ də Avropanın tarix arxivlərində gizlədilir. Amerika qitəsində etnik qırğınlar təşkil edən avropalılar "Yeni dünya”ya demokratiya gətirdiklərini dedilər. İkinci Dünya Müharibəsində həmin avropalıların yaratdığı ABŞ Yaponiyaya "demokratiya”nı atom bombalarıyla apardı. Xirosima və Naqasakiyə atılan atom bombaları 150 mindən çox insanın canını aldı. Vyetnam, İraq, Suriya, Liviya və Əfqanıstana aparılan "demokratiya” da, kütləvi insan qırğınlarıyla yadda qaldı. Lakin haqqında milyonlarla kitab yazılacaq bu hadisələrin heç birisi hüquqi çərçivədə soyqırım adını almadı. Həmçinin İraqa hücumda ABŞ ordusu Fəllucədə misli görünməmiş qırğına imza atdı. 1500 iraqlını bir saatın içində qətlə yetirən amerikalı əsgərlər daha sonra insan meyitlərini itlərə yedizdirdilər. Heç kəs öz yaxınının küçədə qalmış meyidinə yaxın gələ bilmədi. Xarablıqlarda gizlənmiş snayperlər küçələrə çıxanları öldürürdülər. ümuilikdə Amerikanın İraqa hücumunda 2 milyon insan həyatını itirdi. Paralel olaraq, Fransanın 1830-cu ildə Əlcəzairə qarşı başlatdığı müharibə bu gün də davam edir. Neft və mədən yataqlarına görə Əlcəzairi xarabalığa çevirən Fransa Afrikanın ən zəngin ölkəsinin insanlarını aclıq və səfalət içində yaşadır. Təkcə 1945-ci ildə Sədif qiyamında fransızlar 45 min müsəlman ərəbi öldürdülər. 1954-cü ildə başlayan Azadlıq Hərəkatında Əlcəzair Fransayla mübarizədə 1.5 milyon qurban verdi. 2 milyon 800 min ərəb isə müxtəlif ittihamlarla həbs edildi.

İngilislər 750 min zəncini zəhərləyərək öldürdülər

Avropanın ən xoşbəxt və demokratik ölkələrindən biri kimi tanınan Norveçin də tarixi çirklidir. 1920-30-cu illərdə Norveç hökumətinin ölkədə yaşayan etnik teter millətinə qarşı apardığı soyqırım siyasəti nəticəsində minlərlə insan öldürüldü. "Norveçi aliləşdirmək” niyyətində olan hökumət teter qadınlarını sonsuzlaşdırır, etiraz edənləri isə zəhərli iynə və elektroşokla qətlə yetirdirdi. 1788-1938-ci illərdə isə İngiltərə Avstraliyada milyonlarla zəncini məhv etdi. Həmin illərdə ingilislərin təkcə yeməklərinə zəhər qatmaqla öldürdükləri aborigenlərin sayı 750 min idi. Eyni zamanda, XIX əsrin sonları XX əsrin əvvəllərində Almaniya Namibiyada 120 min afrikalını yox etdi. Almanlar qırğınların əsas hissəsini özlərinə qarşı silahlı mübarizə aparmayan silahsız kənd və şəhərlərdə həyata keçirirdilər. Faşist Almaniyasının 1933-45-ci illərdə Avropada başlatdı dəhşətli müharibədə isə 21 milyon insan müxtəlif üsullarla məhv edildi. Əsiləri kütləvi şəkildə güllələyərək, ölüm düşərgələrində sobalarda yandıraraq, qaz otaqlarında zəhərləyərək insanlara qarşı amansız qırğınlar reallaşdıran almanlar, Qərbin çirkin əməllərini ən yaxşı şəkildə ortaya qoydular. 1992-95-ci illərdə Bosniyada 200 min müsəlmanı qətlə yetirən serblər də, avropalıların şakərlərində sadiq qaldıqlarını sübut etdilər. Hədəf müsəlman olan kimi avropalılar ən yırtıcı heyvana çevrilə bilirlər. Əgər bu gün Avropa Parlamenti, Vatikan bütün bunları görmürsə və I Dünya Müharibəsində baş verənləri "soyqırım” kimi qələmə verirlərsə, bu müsəlmanları insandan saymamaqdır. Vlad Drakulanı özlərinin mənəvi ataları élan edən qərblilər qanlı qrafın bir günün içində (1462-ci ildə) 20 min türkü – uşaqlı, qadınlı, qocalı payalara keçirərək öldürüb. Halbuki "Hollivud” filmlərinin əksəriyyətində Drakula qəhrəman kimi qələmə verilir.

Ədalətin qarşısındakı əngəl

Makedoniyalı İsgəndərdən Səlib yürüşlərinə qədər Avropa tarixinə baxanda, bu gün dünyaya rəhbərlik etməyə can atan qərblilərin soyqırımlara və qırğınlara həvəs göstərmələrinin qanlarındakı öldürmək ehtirasıyla əlaqələndirmək olar. Həmçinin müsəlman və türk dövlətlərinin yenidən qlobal gücə çevrilməsindən qorxan Qərb Yaxın Şərq və digər bölgələrdə reallaşdırdığı qırğınları "qabaqlayıcı müharibə doktrinası” kimi qələmə verir. Daxilindəki qorxu Qərb militarizmini dünya üçün böyük təhdidə çevirib. "əl-Qaidə”, İŞİD kimi terror təşkilatlarını İslamın daxilinə müsəllət edən Qərb imperializmi qlobal terrorizmi fundamentalizmin yox, İslamın şərhi kimi qələmə verir. Ələ keçirdikləri müsəlman ölkələriylə ağa-kölə diliylə danışan qərblilər, təsiri altına sala bilmədikləri dövlətləri ən absurd ittihamlarla vurmağa çalışırlar. Bütün bunları nəzər aldıqda, Qərbin və onların iradəsinə tabe qurumların qondarma "erməni soyqırımı”na niyə haqq qazandırdıqları məlum olur. Tarixini insan qanıyla yazanlar bəşər ola bilməz. Ədalətin qarşısındakı ən böyük əngəl, mühakimə edənin özünü mühakimə etməməsidir.

Mənsur Rəğbətoğlu