Qeyri Adi İstedad Ataxan - I'm Always Near

Qeyri adi istedada, ecazkar səsə malik olan gənc bəstəkar müğənni Ataxan Əliyevin ilk klip mahnı vidiosunun təqdimat mərasimi Beynəlxalq Mətbuat Mərkəzində keçirildi. Tədbiri Azərbaycan ədəbiyyatında öz dəsti xətti ilə tanınan Nəcibə İlkin aparırdı. Tədbirdə BDU-nun müəllim və tələbə kollektivi , tanınmış bəstəkar müğənni Elza Seyidcahan, Ülvi Qılınc, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, " Azərbaycan" jurnalının baş redaktoru müavini Əsəd Cahangir, Təhsil Nazirliyi Yaradıcılıq sektoru TAGRBUM təşkilatçı metodisti, nəğməkar şairə Sevinc Şirinova, KİV-nin ziyalı təbəqəsi, Türk Dünyası qəzetinin təsisçisi və baş redaktoru Aybəniz Qafarlı, Ress Day.az xəbər portalının jurnalisti Elman Maluyev, "Pillələr" qəzeti baş redaktoru Şöhrət Abbas, "Azad Qələm" qəzetinin əməkdaşı şair, publusist Şükür Müseyiboğlu , şair Ramil Mərzili AYB, DGTYB üzvü, şairə Vüsalə Süleymanova Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, və s... iştirak edirdilər... Ataxan Əliyev kimdir? Oxucularımıza onu təqdim edirəm...O, 1997-ci ildə Rusiyanın İjevski səhərində dünyaya göz açıb. Orta təhsil aldığı illərdə iki il Respublika İncəsənət gimnaziyasının fortopiano şöbəsində təhsil alır. Ataxan Əliyev 2013--cü ildə BDU-nun filoloğiya fakültəsinə qəbul olur. Hal-hazırda III kurs tələbəsidir. Musiqi elmini tam mənimsəyən Ataxan Əliyev öz üzərində çalışaraq qələmə aldığı şeirləri ilə artıq müxtəlif mətbuat səifələrində gündəmə gələrək oxucu kütləsi qazanmışdır. Ataxan bununla kifayətlənməyir və onu sevənləri yeni bir uğuru ilə sevindirir, yeni səsi və nəfəsi ilə klipini ortaya qoyuraq bur daha istedadının sonsuz olduğunu göstərir. Ədəbiyyatımıza, incəsənətimizə belə bir gəncin gəlişini alqışlayır və onunla fəxr edirik. İnanırıq ki, bu Ataxanın axrıncı deyil, axarıncı klipi olacaq. Möhtəşəm çəkilişin nəticəsi olan klipin rejissoru və prodyüsseri Rəhman Əliyev, operator Cavid. Mahnının sözləri və musuqisi Ataxan Əliyevin özünə maxsusdur.