"Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyə seçkilərində seçki fəallığının artırılması yönündə tədbirlərin təşkili” layihəsi çərçivəsində Yasamal rayonunda tədbir keçirib.
Birliyin
sədri, layihə rəhbəri Nəzakət Həsənova bildirib ki, 3 ay həyata keçirilən
layihə çərçivəsində əsas məqsəd bu ilin dekabrın 27-də keçiriləcək bələdiyyə
seçkilərində seçki fəallığının artırılmasından ibarətdir. Onun sözlərinə görə,
layihə çərçivəsində 2000 ədəd "Seçkidə iştirak et-bələdiyyəni özün seç” adlı
buklet çap olunub. Tədbirdə çıxış edən ekspert Ədil Ədilzadə bələdiyyə
seçkilərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, seçkidə iştirak hər bir
vətəndaşın müqəddəs borcudur. Sonda tədbirdə iştirak edən şəhid ailələrinin
üzvləri, QHT rəhbərləri çıxış edib.

