Britaniyalı nazir Milli Məclisin sədri ilə görüşüb

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşüb.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şahrp özünün “Twitter” səhifəsində bildirib.

Görüşdə Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası (İstanbul Konvensiyası) və digər məsələlər müzakirə edilib.