Səmra Kris Braunun Bakıdakı konsertində - FOTO

"Eurovision 2016" mahnı yarışmasında ölkəmizi təmsil edən Səmra Rəhimli ötən gün Bakıda baş tutan Kris Braunun konsertində olub.

Sabahinfo.Az anspress-ə istinadən bildirir ki, azərbaycanlı ifaçı bu dəfə səhnədə yox, tamaşaçıların yanında olub. 

İfaçı konsertə rəfiqəsi ilə birgə qatılıb. Səmra Rəhimli konsertdə onu tanıyanlar ilə birgə xatirə şəkli də çəkdirib. Konsert bitdikdən sonra ifaçı rəfiqəsi ilə birlikdə səhnənin arxa tərəfinə keçməklə ərazidən uzaqlaşıb. 

Mayın 14-də baş tutan "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Camala olub. Müsabiqədə 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub. "Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.

S.Rəhimli müsabiqədən öncə geyimi ilə qalmaqala səbəb olub. Belə ki, onun tanıtım gecəsində geyindiyi yaşıl libası birmənalı qarşılanmayıb. Bəziləri ifaçını açıq-saçıq geyinməkdə ittiham etsə də, bir qism Səmranın Avropa səhnəsinə uyğun geyimdə olduğunu bildirib.