Sevda "İlk addım"ına klip çəkəcək

Bir müddət öncə "İlk addım” mahnısını təqdim edən müğənni Sevda Yahyayeva yaradıcılıq işlərindən danışıb.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözügedən mahnıya klip çəkdirməyi düşünür: "İlk addım” mahnısına klip çəkdirməyi planlaşdırıram. Çünki mahnı radiolarda və "Youtube”da diqqət cəlb etməyi bacardı. Bu yaxınlarda fərqli və keyfiyyətli bir klip təqdim etməyi düşünürəm. Klipin rejissoru və ssenarisi haqda məlumat vermək istəmirəm. Ekran işi hazır olduqdan sonra "Youtube” kanalımda sevənlərimə təqdim olunacaq. Bundan əlavə, bu il bir çox yeniliklərim olacaq. Tovuz rayonunda konsert proqramı planlaşdırıram. Konsertlə bağlı bütün məsələlər aydınlaşdıqdan sonra bu haqda ətraflı məlumat verəcəyəm”.