Rusiyada internet informasiya vasitələrində, xüsusən də sosial şəbəkələrdə təhqirə yol verən şəxslərə qarşı cərimə tətbiq olunacaq.
sabahinfo.az milli.az-a istinadən bildirir ki, Rusiya Federal Notarial Palatası sosial şəbəkələrdə təhqir və istehza faktlarını təsdiq edən yazışmaların skrin-şotlarını təsdiq etmək hüququ əldə edib və bu sənəd məhkəmə prosesinin başlaması üçün əsas ola bilər. Nəticədə, iddiaçı dəyən mənəvi zərərə görə təzminat almaq hüququ əldə edir.
Məsələnin çətin tərəfi ondan ibarətdir ki, məhkəmə prosesini udmaq üçün skrin-şotla yanaşı, səhifənin konkret şəxsə mənsub olduğunu sübut etmək, cavabdehlərin əhatəsini müəyyən etmək lazımdır.
Bundan başqa, istifadəçi özü barəsində məlumatların yayılması faktını da sübuta yetirməlidir.
Qeyd edək ki, şər-böhtan xarakterli yazılara görə fiziki şəxslərin cəriməsi 3-5 min rubl (68-113 manat) nəzərdə tutulub.