“Space”dən Abbasa qadağa

Əməkdar artist Abbas Bağırov Space TV-ni boykot edib.

Bu haqda A.Bağırov özü sosial şəbəkədə yazıb.

Müğənninin sözlərinə görə, verilişə cəmi 5 dəqiqə gecikməsinə baxmayaraq televiziyanın əməkdaşı onu içəri buraxmayıb:"Bu gün 9:30-da Space TV-də canlı yayımda olmalıydım. Düz 5 dəqiqə gecikməyimlə SpaceTV-nin qeyri-peşəkar işçisi mənə deyir ki, gecikdiyiniz üçün mənə tapşırılıb ki, sizi içəri buraxmayım. Bunu mənə Space TV-nin qarşısında dayanan insan dedi. Lap yaxşı. Bu gündən sonra mən SpaceTV-də efirə çıxmayacağam. Bu mənim qeyri-peşəkar işçilərə görə aldığım qərardır. Onu da deyim ki, mən bu günə kimi heç bir TV proqramlarına gecikməmişəm. Canlı yayım olmasa belə”.