Ucar rayonunda 10 gün öncə su kanalına düşərək boğulan şəxsin meyiti tapılıb.
Sabahinfo.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 29-da rayonun Quləbənd kəndində baş verib.
Qəryan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. Sentyabrın 7-də FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 1973-cü il təvəllüdlü Təhmuraz Quliyevin cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.