“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi dəyirmi masa keçirdi

Bu gün "Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində Bakı şəhərində yerli QHT və mətbuat nümayəndələrinin iştiraki ilə Vətəndaş Cəmiyyətinin Yol Xəritisi və Vətəndaş Cəmiyyətinin Strateji İnkişafı siyasət sənədlərinin təqdimatı ilə baglı dəyirmi masa keçirmişdir. Tədbirdə Layihə Kordinatoru Calal Əmənov vətəndaşcəmiyyətiinin hazırki durumu, mövcud problemlər və onlardan çıxış yollarını özündə əks etdirən sənədlərin tərtibatı, hazırlanması və bu sənədlərin vətəndaş cəmiyyətinə verə biləcəyi töhvələr barədə tədbir iştirakçılarına məlumat verilib.

O davam edərək qeyd edib ki, vətəndaş cəmiyyəti ilə olan müzakirələr və sorğular onu göstərir ki, problemlər var və onların həlli üçün əsaslı işlərin aparılmasına ehtiyac var. Onun sözlərinə görə, həm də vəkillik fəaliyyəti müəyyən obyektiv və subyektiv təsirlər nəticəsində uğur qazana bilmir. Layihə rəhbəri kitabda yer alan bir sıra və təklif və tövsiyələri də səsləndirib. Onların arasında Azərbaycanda vətəndaş cəmiyyətinə institutsional baxış konsepsiyasının mövcud olmaması, vətəndaş cəmiyyəti institutlarının dövlət və vətəndaş münasibətlərinin səmərəli təşkilində iştirakının lazımi səviyyədə təşkil edilməməsi, vətəndaş cəmiyyəti təşkilatlarının institusional təşkili barədə milli konsepsiyanın qəbul edilməsinin vacibliyi, ictimai-siyasi mühitlə bağlı məhdudiyyətlərin aradan qaldırılması, vətəndaş cəmiyyətinin siyasi partiyalar ilə eyniləşdirilməsinin dayandırılması, onların verdiyi təkliflərin heç də siyasi xarakterli olmaması ilə bağlı təbliğat işlərinin görülməsi, əlverişli hüquqi və tənzimləyici mühitin olması, vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı ilə bağlı mürəkkəb qeydiyyat sisteminin sadələşdirilməsi və s. məsələlərdir.

Sonra, iştirakçılar təqdim olunan hər iki sənəd ətrafında fikir mübadiləsi aparmış və onların vətəndaş cəmiyyəti üçün faydalı ola biləcəyini dilə gətirmişlər. Layihənin rəhbəri Cəlal Əmənov qeyd edib ki, sənəd ictimai müzakirəyə çıxarılmamışdan öncə də bir çox ekspertlərə göndərilmiş və onların təklif və tövsiyyələri nəzərə alınmışdır.