Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı azala bilər - VİDEO

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında ciddi azalma ola bilər. Buna səbəb Türkiyə otellərinin "all inclusive", yəni "hər şey daxil" sistemini ləğv etməyə hazırlaşmasıdır. Belə bir təklifi Türkiyə Turizm Agentlikləri Assosiasiyası hökumətə təqdim edib. Təklif onunla əsaslandırılıb ki, bu sistem otelləri daha çox pul qazanmağa imkan vermir.

Azərbaycan turizimçiləri isə hesab edirlər ki, əgər bu sistem ləğv edilsə, Türkiyəyə səfərlərdə azalmalar müşahidə olunacaq.

"Hər şey daxil" sistemini turistlər üçün əlverişli edən amil isə adından göründüyü kimi, otelin bütün xidmətlərindən əlavə ödəniş etmədən yararlanmağın mümkünlüyüdür. Bu isə xüsusilə ailəvi səyahət edənlər üçün sərfəlidir.

Bu sistemin ləğv olunması Türkiyəyə turların qiymətinə də təsir edə bilər. Belə ki, qiymətlər azala bilər. Ancaq bununla belə, Türkiyəyə səyahət əvvəlki kimi sərfəli olmayacaq.

Qeyd edək ki, hər il Azərbaycandan Türkiyəyə 200 minə yaxın turist səfər edir.

sabahinfo.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

[[MEDIA_0]]