Bu gün Qarabağ üzrə İşçi Qrupun iclası keçiriləcək

Bu gün Dağlıq Qarabağ üzrə üçtərəfli İşçi Qrupun - Rusiya, Azərbaycan və Ermənistan baş nazilərinin müavinləri səviyyəsində növbəti iclası keçiriləcək.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Onun sözlərinə görə, iclas video formatda keçiriləcək.

Qeyd edək ki, bu, sayca İşçi Qrupunun dördüncü iclasıdır.