UNEC pofessorundan ŞOK iddia: Adımdan yanlış məlumatlar yayıblar

Azərbaycan Dövlət iqtisad Universitetinin professoru Alıcan Abbasov Turkustan.info-ya maraqlı açıqlama verib.

O, qeyd edib ki, bəzi media qurumlarında yer alan "guya universitet rəhbərliyi tərəfindən ona qarşı təzyiqlər edilir” xəbəri tam əsassızdır:"Bu deyilənlər həqiqətə uyğun deyil. Rəhbərlik tərəfindən mənə qarşı heç bir təzyiq olmayıb.Mətbu orqanların bəzilərimüsahibə götürür və onun mahiyyətini anlamadan dərc edir.Bunu doğru saymıram. Çünki məndən alınan müsahibəyə çoxlu jurnalist əlavələri olmuşdu.

Hesab edirəm ki, hansısa qüvvələr öz mənafelərinə görə belə edirlər.Bu məsələni çox şişirtmək olmaz. Doğmalar arasında da anlaşılmazlıqlar olur. Universitetimizin rektoru Ədalət Muradov prinsipial, işini bilən insandır.

Mən isə ziyalı insanam. Mənim adımın orada hallanması nə yaşıma, nə də ziyalılığıma yaraşan hərəkətdir.Mən belə şeyləri qətiyyən sevməmişəm, kimə sözüm olubsa, birbaşa üzünə demişəm”.

Professorun universitetlə bağlı yuxarı instansiyalara müraciətinə gəlincə, o, bildirib ki, bu da şişirdilmiş məlumatdır: "Qətiyyən belə bir hadisə olmayıb. Mən bunun üçün lazım gəlsə, məktub yazardım, Prezident Administrasiyasına zəng edərdim.Bu deyilənlərin hamısı cəfəngiyyatdır.Şikayətin qaydası olur. Mənim Ədalət müəllimlə heç bir intriqam yoxdur.

Sizə onu da deyim, mənə müsahibə üçün zəng vuran insanın kimliyini bilmədim, o, hansı mətbu orqandan olduğunu da demədi. Ona mənim əlaqə nömrəmi kim verib, hansı adla müsahibə alıb, heçxəbərim də olmayıb.Evdə oturmuşdum, bir az da nasaz idim. Birdən zəng gəldi, özünü heç təqdim etmədən mənə sual ünvanladı.Düzü, mən sualların mahiyyətini bilmədən, dedim ki, hər zaman obyektiv olmuşam.Mən olanı demişəm, amma onlar şişirdilmiş məlumat veriblər.

Həmin günü axşam oğlum mənə zəngelədi və mətbuatda belə xəbərlərin yayıldığını dedi.Düşünürəm ki, mən bu məlumatı redaktə etməli idim, çünki elə söz olardı ki, heç onun mətbuatda verilməsi qətiyyən doğru olmazdı.Bu xəbəri oxuyanlar hətta mənə bildirdirlər ki, bu sizin dəsti xəttiniz deyil. Mən jurnalistləri doğru olmağa, doğrunu yazmağa səsləyirəm. Öz peşələrinə hörmət etmirlərsə, belə jurnalistlərə yazığım gəlir”.