"Bunu zəfər seçkisi də adlandırmaq olar" - Sahibə Qafarova

“Dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev növbədənkənar seçkilərlə bağlı sərəncam imzalayıb”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 8 dekabr 2023-cü il tarixli iclasında sədr Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, hamıya məlumdur ki, 44 günlük Vətən müharəbisi, ölkəmizdə suverenliyin bərpa olması yeniliklər yaradıb: "Müstqil Azərbaycan olaraq ilk dəfə seçkilər ölkəmizin bütün ərazilərindıə keçiriləcək. Bunu zəfər seçkisi də adlandırmaq olar. Bu gün Azərbaycanın üçrəngli bayrağı Şuşada, Laçında, Xankəndidə, Xocalıda qürurla dalğalanır. İlham Əliyevin 20 il öncə başlatdığı uğurlu siyasət Azərbaycanı bütün dünyada tanıdıb. Ölkəmizin potensialını artırmaq üçün görülən işlər Azərbaycanı ən qabaqcıl dövlətə çevrilib. Seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirir. Azərbaycan qanunvericiliyində hər hansı müddət fər etmir. Sadəcə vətəndaşlarımız siaysi iradələrini vaxtından əvvəl edəcəklər. Qarabağ Azərbaycandır! Şüarı dilindən düşməyən xalqımız, əminəm ki, dəstək verəcəklər. Əminliklə söyləmək olar ki, fevralda şəffaf keçirələcək seçkilər demokratiyanı göstərəcək”.