Vəhşi heyvanları görmək istəyənlər: Bu gün Göygölə giriş pulsuzdur

Bu gün "dağ göllərinin diyarı" olan Göygöl Milli Parkının yaradılması ilə bağlı "Açıq qapı" günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.

Nazirlik milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almaq istəyənləri bura dəvət edir.