Cəlilabadda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəallarının da qatıldığı tədbirdə Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi 20 Yanvar faciəsinə həsr edilmiş kompozisiya nümayiş etdirilib.