"Cənab Prezidentin siyasətinə kölgə salmağa heç kimin haqqı yoxdur"

Son illər ölkəmizin inkişafında əldə olunan uğurları heç kim inkar edə bilməz. İşğaldan azad olunmuş ərazilərimiz müasir səviyyədə yenidən qurulur və bərpa edilir. Həm də regionlarımızın tarazlı inkişafı istiqamətində böyük layihlərin icrası davam etdirilir. Ən böyük uğrumuz isə torpaqlarımızın 30 illik erməni işğalından azad etməyimiz və bu gün siyasi meydanda sözümüzün gücünün artmasıdır. Bütün uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir. Ölkə başçımızın rəhbərliyi altında həyata keçirilən geniş islahatlar ölkəmizin inkişafını sürətləndirmişdir. İslahatların tərkib hissəsi olaraq Milli Məclisin rəhbərliyində ilk dəfə olaraq müxalif partiyaların nümayəndələri də təmsil olunmağa başlanmışdır. Bu gün Milli Məclisin sədri bütün deputatlara söz deməyə və sərbəst fikir ifadə edilməsinə eymi şərait yaradır. Belə işğüzar şəraitdə parlamentin fəaliyyət göstərdiyi təqdirdə həmkarım Sabir Rüstəmxanlının parlamentə ,,yığılanlar” ifadəsinin işlədilməsi təəssüf doğurucudur və bu, heç bir etik normaya uyğun deyildir. Sabir Rüstəmxanlı yaddan çıxartmasın ki, bugükü Milli Məclis 90-cı illərin əvvəlindəki hərənin bir tərəfə dartdığı hərcmərclik məclisi deyil.

Bu gün cənab Prezidentin 2016-cı ildə imzaladığı sərəncamına əsasən ölkəmizdə özünəməşğulluq proqramı icra olunur. Təkcə 2020-ci ildə bu proqrama 12 min ailə cəlb olunmuş, bu il isə 16 min ailənin cəlb edilməsi nəzərdə tutulmuşdur. Özünüməşğulluq proqramına cəlb olunmuş işsiz insanları dövlət aktivlərlə təmin etməklə işsizliyin aradan qalxmasına böyük töhfə verilir. Özünüməşğulluq proqramına cəlb olunmuş ailələr özfəaliyyətlə məşğul olmaqla dövlətin əlinə baxımlılığından azad olunaraq özləri sahibkarlara çevrilirlər. Belə uğurlu bir proqramın əhəmiyyətini Sabir Rüstəmxanlının görməməsi və ümumiyyətlə özünüməşğulluğun nə olduğunu başa düşmədiyini ifadə edilməsinin məqsədi nə olduğunu başa düşülən deyil. Ölkəmizə böyük uğurlar gətirən cənab Prezidentin siyasətinə kölgə salmağa heç kimin haqqı yoxdur.

Azər Badamov
Milli Məclisin deputatı