Cenevrədə vacib müzakirə

Cenevrədə Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü ilə bağlı müzakirə aparılacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, üzvlük prosesi üzrə ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək üçün xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün İsveçrəyə səfərə gedir.
Martın 7-dək davam edəcək danışıqlar zamanı ölkəmizin DTT-yə üzvlüyü prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və Azərbaycanın ticarət siyasəti məsələləri müzakirə ediləcək.